Anticafe • Baku
5 Doors
İstirahət, görüşlər, kino, oyunlar və tədbirlər üçün rahat və özəl otaqlardan ibarət antikafe.
Haqqımızda
5 Doors — 5 otaqdan ibarət antikafedir. Antikafe tipli məkanlarda ödəniş yalnız keçirəcəyiniz vaxta görə olunur. Bu ödənişə limitsiz şirniyyatlar, içkilər və müxtəlif növ əyləncələr daxildir. Əlavə ödənişlə menyudan da sifariş edə bilərsiniz, lakin bu məcburi deyil — yemək və içkiləri özünüzlə də gətirə bilərsiniz. Bizdə film izləyə, masaüstü oyunlar və PlayStation oynaya, karaoke oxuya, görüş keçirə, ad günü təşkil edə və dostlarınız, ailəniz və ya həmkarlarınızla xoş vaxt keçirə bilərsiniz.
Kabinetlər
Hər otağa daxildir:
Qırmızı
Qəhvəyi
Çəhrayı
Sarı
Bizdə nə etmək olar?
Masaüstü oyunları oynamaq
Karaoke oxumaq
PS3, PS5 oynamaq
Kino izləmək
İşgüzar görüş keçirmək
Antikafedə təşkil olunmuş tədbirdə iştirak etmək və ya öz tədbirini təşkil etmək
Ad günü, party, qız və oğlan yığıncağı təşkil etmək
Və ağlınıza gələn bir çox başqa məşğuliyyətlə vaxt keçirmək
Qiymətlər
Əgər siz 5 nəfər və ya 5 nəfərdən azsınızsa, qiymət otaq üçün 15 ₼/saat təşkil edir.
Əgər siz 5 nəfərdən çoxsunuzsa, qiymət 1 nəfər üçün 3 ₼/saat təşkil edir.
Əlaqə
İş saatları
Hər gün 11:00–22:45
Ünvan
Baki, İbrahimpaşa Dadaşov küçəsi 63B
Əlaqə nömrəsi
+994 50 260 40 20